QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5956_dovl-t-sirk-tl-rinin-olk-y-g-tirdiyi-g-lirl-rin-h-

SOSIAL

Hamısı

Dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlandı - FOTO

(23 Gün, 19 Saat öncə) 520 İzlenme 0 Yorum
Dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlandı - FOTO

UTVXƏBƏR :              2021-ci ilin yanvar-fevral ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

Təqdim edilən dövlət müəssisələri yanvar ayı ərzində ölkəyə 139,9 milyon ABŞ dolları həcmində gəlir gətirib. Siyahıya 32,2 milyon dollar ixrac həcmi ilə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda 29,9 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer”, 24,2 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 22,8 milyon dollar ixrac həcmi ilə “AzərGold” QSC, 16,1 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 13,2 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC isə 1 milyon dollar, “Azəripək” MMC 455 min dollar ixrac gəliri əldə edib.

Fevral ayında “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gəlirləri yanvar ayında olduğu kimi sabit qalıb.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,4110,40
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı