QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5955_koronavirus-x-st-l-ri-ictimai-yerl-rd-tutuldular

RƏSMİ

Hamısı

Koronavirus xəstələri ictimai yerlərdə tutuldular

(23 Gün, 19 Saat öncə) 454 İzlenme 0 Yorum
Koronavirus xəstələri ictimai yerlərdə tutuldular

UTVXƏBƏR :              Martın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini B.Məmmədova, Qax rayon sakini V.Canaşvili və Gədəbəy rayon sakini İ.Mirzəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,5950,02
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı