QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5952_l-nk-ran-v-bil-suvarda-karantin-rejim-qaydalarini-

GÜNDƏM

Hamısı

Lənkəran və Biləsuvarda karantin rejim qaydalarını pozan şəxslər aşkarlanıb - FOTO

(23 Gün, 20 Saat öncə) 329 İzlenme 0 Yorum
Lənkəran və Biləsuvarda karantin rejim qaydalarını pozan şəxslər aşkarlanıb - FOTO

UTVXƏBƏR :               Lənkəran və Biləsuvarda karantin rejim qaydalarını pozan şəxslər aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Lənkəran şəhər sakini C.Əliyevin karantin rejimi qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək Astara rayonuna getdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Biləsuvarda isə karantin rejim qaydalarını pozaraq yas mərasimi təşkil edən şəxs cərimələnib. Belə ki, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi təşkil etdiyi müəyyən edilib. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən karantin rejiminin qaydaları və tələbləri orada olan şəxslərin diqqətinə çatdırılıb.
M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
478,6440,24
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı