QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5946_braziliyada-rekord-olum-qeyd-alindi

DÜNYA

Hamısı

Braziliyada rekord ölüm qeydə alındı

(23 Gün, 22 Saat öncə) 185 İzlenme 0 Yorum
Braziliyada rekord ölüm qeydə alındı

UTVXƏBƏR :               Braziliyada son 24 saat ərzində yeni koronavirus növü səbəbindən 3 780 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 317 936 olub.

Ölkənin Səhiyyə Nazirliyi bu barədə məlumat verib.

Bu, epidemiyanın başlanğıcından bəri ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, COVID-19 səbəbiylə son 24 saat ərzində 84 494 yeni yoluxma hadisənin aşkarlanması ilə ümumi xəstəlik sayı 12 664 058-ə çatıb.

210 milyondan çox əhalisi olan Cənubi Amerika ölkəsi ABŞ-dan sonra COVID-19 epidemiyasından ən çox təsirlənən dövlətdir.

Braziliya son həftələrdə həm reanimasiya şöbələrindəki sıxlıq, həm də ölkənin Amazoniya bölgəsində ortaya çıxdığı düşünülən COVID-19-un daha yoluxucu tipi - “P1”in yayılması səbəbindən çətin günlər yaşayır.

Ölkədə son bir həftə ərzində gündəlik orta ölüm sayı 2600-dən, virus müəyyən edilənlərin sayı isə 75 000-dən çoxdur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,372-0,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı