QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5945_l-nk-randa-od-m-terminallari-v-magazalardan-ogurlu

RƏSMİ

Hamısı

Lənkəranda ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə ələ keçdi - FOTO

(23 Gün, 22 Saat öncə) 1,04 B İzlenme 1 Yorum
Lənkəranda ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə ələ keçdi - FOTO

UTVXƏBƏR :                Lənkəran polisi ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvlərini yaxalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, mart ayının 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1 910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə saxlanılıb. Onlar törətdikləri əməli etiraf ediblər. Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Astara rayonunun ərazisində “Kapital Bank” və “MilliÖn” ödəmə terminalından və iki mağazadan ümumilikdə 22 099 manat nağd pul, 1 300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib. 

Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

- 10.04.2021 18:35:15
Quite right! It is excellent idea. I support you. [url=https://extbdsm.com]extbdsm[/url]
13 Bəyənmədim
1 Bəyəndim

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,353-0,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı