QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5928_-topal-teymur-salman-b-y-muskunaz-xanim-mirz-f-t-l

MƏDƏNİYYƏT

Hamısı

“Topal Teymur”, “Salman bəy”, “Müşkünaz xanım”, “Mirzə Fətəli” bir filmdə - VİDEO

(25 Gün, 14 Saat öncə) 239 İzlenme 0 Yorum
“Topal Teymur”, “Salman bəy”, “Müşkünaz xanım”, “Mirzə Fətəli” bir filmdə - VİDEO

Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir.

UTVXƏBƏR       - in məlumatına görə, bu, R.Həsənoğlunun yubileyinə Azərbaycan Televiziyasının hədiyyəsidir.

Şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi isə Afaq Vasifqızıdır.

Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar – Topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya gələcəklər. 

Rejissorun ən yadda qalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri canlandıracaqlar.

Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin çəkilişləri hazırda davam edir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,276-0,05
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı