QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5926_fransali-yazici-az-rbaycanda-dini-tikilil-r-boyuk-

DÜNYA

Hamısı

Fransalı yazıçı: “Azərbaycanda dini tikililərə böyük qayğı ilə yanaşılır”

(25 Gün, 13 Saat öncə) 247 İzlenme 0 Yorum
Fransalı yazıçı: “Azərbaycanda dini tikililərə böyük qayğı ilə yanaşılır”

UTVXƏBƏR :            “Azərbaycanda dini icmalara, tikililərə xüsusi hörmət və qayğı ilə yanaşıldığını görmüşəm”.

Bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti, yazıçı, 30-a yaxın kitabın müəllifi Jan-Pyer Allali Azərbaycanda dini tikililərin guya dağıdılması haqqında yalan ittihamlara münasibət bildirərkən deyib.

O, Azərbaycana səfəri zamanı müxtəlif dini icmaların böyük fəallığının şahidi olduğunu bildirib: “Mən Azərbaycanda dəfələrlə olmuşam. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan tamamilə dünyəvi bir ölkədir. Unutmayaq ki, qadınlara səsvermə hüququ Azərbaycanda Fransa və əksər Avropa ölkələrindən də əvvəl verilib. Mən Azərbaycana hər səfərim zamanı bu ölkədəki yəhudi və digər dini icmaların nə qədər fəal olduğunun şahidi olmuşam. Azərbaycanlı yəhudi uşaqların təhsil aldığı məktəbə səfərim zamanı uşaqlar məni nəğmələrlə qarşılamışdılar”.

Fransalı yazıçı Azərbaycana hər səfəri zamanı dini tikililərə, abidələrə, habelə kilsə və sinaqoqlara böyük qayğı göstərildiyinin şahidi olduğunu da vurğulayıb: “Azərbaycanda olarkən istər müsəlman, istərsə də xristian və yəhudi icmalarının təmsilçiləri ilə, həmçinin dini məsələlərə məsul rəsmi nümayəndə ilə görüşmüşəm. Hər dəfə müxtəlif dini icmaların bir-birləri ilə çox gözəl yola getdiyinin şahidi olmuşam. Azərbaycanda milli azlıqlar tamamilə azad şəkildə fəaliyyət göstərirlər. Bu ölkədə dini icmalara, həmçinin dini tikililərə - kilsə və sinaqoqlara xüsusi qayğı ilə yanaşıldığını görmüşəm. Azərbaycan digər icmalara böyük hörmətlə yanaşılan əsl multikulturalizmin mövcud olduğu bir ölkədir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6370,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı