QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5925_ekspert-almaniyanin-az-rbaycana-qarsi-q-r-zli-muna

DÜNYA

Hamısı

Ekspert: “Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir”

(25 Gün, 14 Saat öncə) 169 İzlenme 0 Yorum
Ekspert: “Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir”

UTVXƏBƏR :             “Mənə elə gəlir ki, Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir. Bilirik ki, Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Fransa Azərbaycana qarşı olduqca sərt mövqe sərgiləyən zaman Almaniya siyasətçiləri və mediası da onları dəstəkləməyə başladı”.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Ekspertin fikrincə, bu, Almaniyanın Azərbaycana qarşı belə münasibətinin ilk, lakin yeganə olmayan səbəbidir: “Bu həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Həm Fransada, həm də Almaniyada “anti-Ərdoğan” siyasəti mövcuddur, bu, bəzən “anti-İslam” siyasətinə də çevrilir”.

S.Markov Almaniyadakı böyük türk icmasının olduğunu və bununla əlaqədar Türkiyəyə qarşı təbliğat aparıldığını qeyd edib: “Avropa mediasında indi Türkiyə və Azərbaycanın, demək olar, eyniləşdirilməsi olduğundan anti-Azərbaycan mövqe Almaniyanın anti-Türkiyə mövqeyinin tam təzahürüdür”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6680,04
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı