QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5923_din-pandemiyaya-qarsi-reyd-kecirdi-foto-video

GÜNDƏM

Hamısı

DİN pandemiyaya qarşı reyd keçirdi - FOTO/VİDEO

(25 Gün, 16 Saat öncə) 643 İzlenme 0 Yorum
DİN pandemiyaya qarşı reyd keçirdi - FOTO/VİDEO

UTVXƏBƏR :              Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar. 

Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilib.

Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq edilib. Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən cərimələnib. 

Tədbirlər çərçivəsində insanların sıx toplaşdığı bank və digər obyektlərin qarşısında sosial məsafənin gözlənilməsi polis əməkdaşları tərəfindən təmin edilib. 

Bir daha vətəndaşlardan xahiş və tələb olunur ki, koronovirusla mübarizədə ən effektiv üsullardan olan sosial məsafəni qorumaqla bərabər, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan mütəmadi olaraq istifadə etsinlər.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6270,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı