QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5922_sumqayitda-liftl-r-yeni-sistem-sasinda-idar-edil-c

RƏSMİ

Hamısı

Sumqayıtda liftlər yeni sistem əsasında idarə ediləcək - RƏSMİ + FOTO

(25 Gün, 16 Saat öncə) 189 İzlenme 0 Yorum
Sumqayıtda liftlər yeni sistem əsasında idarə ediləcək - RƏSMİ + FOTO

UTVXƏBƏR :              Sumqayıt şəhərində son üç ay ərzində 63 lift yenilənib.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib. 

O bildirib ki, cari ilin ilk üç ayı ərzində şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasiri ilə əvəzlənib, daha 14 liftin isə yaxın günlərdə dəyişdiriləcəyi gözlənilir:

“Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə şəhər üzrə ümumilikdə son illərdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub.

Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar ötən altı il ərzində mühüm tədbirlər həyata keçirilib”.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid çoxmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqə sisteminin vəziyyəti, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş İntellektual İdarəetmə Mərkəzinə ötürülür.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,355-0,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı