QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5919_tacikistan-prezidenti-ilham-liyevi-olk-sin-d-v-t-e

SIYASƏT

Hamısı

Tacikistan prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib – RƏSMİ

(25 Gün, 15 Saat öncə) 684 İzlenme 0 Yorum
Tacikistan prezidenti İlham Əliyevi ölkəsinə dəvət edib – RƏSMİ

UTVXƏBƏR :                Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

E.Rahmon Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Tacikistan Prezidenti Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirib.

Pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğulayıb və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılardan danışıb.

Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6210,03
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı