UTVXƏBƏR : “AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib.
Ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
Xatırladaq ki, illik 4 faiz gəlir vəd edən istiqrazlar ötən il tədavülə buraxılıb. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədinin dəyəri 100 ABŞ dollarına bərabər olub.
3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə cari ilin iyun ayında baş tutacaq.