QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5869_az-rbaycan-yigmasi-q-t-r-qarsi-yenil-nir

İDMAN

Hamısı

Azərbaycan yığması Qətərə qarşı - YENİLƏNİR

(27 Gün, 12 Saat öncə) 613 İzlenme 0 Yorum
Azərbaycan yığması Qətərə qarşı - YENİLƏNİR

UTVXƏBƏR :             Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçirilir.

Hazırda oyunda ilk hissə davam edir, hesab açılmayıb.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər - Azərbaycan – 0:0

20:21

Beynəlxalq yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti açıqlanıb.

Millimiz meydana aşağıdakı “11-lik”lə çıxacaq:

1. Emil Balayev (k), 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Qətər millisinin də heyəti məlumdur:

1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Əhməd Elamin, 16. Khoukhi, 15. Basam El Ravi, 7. Əhməd Allaeldin, 23, Assim Madibo, 20. Abdulsalam, 4. Məhəmməd Vaad, 10. Al Haydos (k), 19. Almoez Ali

Bu gün Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA DÇ-2022-yə ev sahibliyi etdiyi üçün seçmə mərhələdən azad olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib.

Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

09:19

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.

Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,3750,39
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı