QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5862_tbilisid-daha-bir-cudocumuz-burunc-medal-qazandi-y

İDMAN

Hamısı

Tbilisidə daha bir cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

(27 Gün, 13 Saat öncə) 602 İzlenme 0 Yorum
Tbilisidə daha bir cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

UTVXƏBƏR :               Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.

Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

16:26

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında Azərbaycanın daha bir cüdoçusu medal qazana bilər.

Bu, 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyevdir.

O, İsrail, İspaniya, Misirdən olan rəqiblərinə qalib gəlsə də, 1/4 finalda bu çəkidə son Avropa çempionu Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub. Daha sonra Murad Portuqaliyanın gürcü əsilli idmançısı Anri Equtidzeyə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Fətiyevin bürünc medal üçün rəqibi Antuan Valua-Fortye (Kanada) olacaq.

Bu çəkidə digər idmançımız olan Zelim Tskayev isə İtaliyanı təmsil edən rəqibinə qalib gəlsə də, Moldovadan olan Dorin Qotonoaqaya uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünən 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Azərbaycana bürünc medal qazandırıb.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6850,04
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı