QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5795_az-rbaycan-cudocusu-boyuk-d-bilq-yarisinda-t-s-lli

İDMAN

Hamısı

Azərbaycan cüdoçusu Böyük Dəbilqə yarışında təsəlliverici görüşə çıxıb

(28 Gün, 18 Saat öncə) 679 İzlenme 0 Yorum
Azərbaycan cüdoçusu Böyük Dəbilqə yarışında təsəlliverici görüşə çıxıb

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə yarışında təsəlliverici görüşə çıxıb.

UTVXƏBƏR     - in məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.

Rəqibinə qalib gələn K.Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qeyd edək ki, 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb.

Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.

60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqə yarışı martın 27-də yekunlaşacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
476,735-0,16
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı