QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5773_az-rbaycan-7-cudocusu-boyuk-d-bilq-d-mubariz-y-bas

İDMAN

Hamısı

Azərbaycan 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

(28 Gün, 1 Saat öncə) 460 İzlenme 0 Yorum
Azərbaycan 7 cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycan 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.

UTVXƏBƏR     - in məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyeva tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.

52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqadonun (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanın (Böyük Britaniya) müqavimətini qırmağa çalışacaq.

Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
478,9570,31
EURO
10,00430,61
DOLAR
8,31980,48
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı