MƏDƏNİYYƏT

Hamısı

Xalq artisti Afaq Bəşirqızı gənc icra başçısının fikirlərinə münasibətini bildirdi-FOTO

(5 Ay, 10 Gün önce) 149 İzlənmə
Xalq artisti Afaq Bəşirqızı Ağstafaya yeni təyin olunan icra başçısı Seymur Orucovun Prezident İlham Əliyev ilə videoformatda görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

UTVXƏBƏR.com:                      Ağstafa rayonuna  yeni təyin olunan icra başçısı Seymur Orucov  Prezident İlham Əliyev ilə videoformatda görüşü zamanı çıxışına  1990-cı illərin əvvəllərindəki vəziyyətdən danışmaqla başlayıb.
 

Halbuki 1984-cü il doğum olan S.Orucovun o zaman 6-8 yaşı olub. Onun  bu fikirləri  sosial şəbəkələr də böyük maraqla müzakirə olunub.Xalq artisti A. Bəşirqızı da  öz  növbəsində ölkə.az-a açıqlamasında bu mövzuya toxunub:
 

 

"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq.  Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox". 
 


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı