QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5617_yardimlida-qazini-incidirl-r-savas-bitti-horm-t-it

BÖLGƏ

Hamısı

YARDIMLIDA QAZİNİ İNCİDİRLƏR - "SAVAŞ BİTTİ HÖRMƏT İTTİ" BUNA DEYİRLƏR !

(6 Ay, 3 Gün öncə) 7,80 B İzlenme 2 Yorum
YARDIMLIDA QAZİNİ İNCİDİRLƏR - "SAVAŞ BİTTİ HÖRMƏT İTTİ" BUNA DEYİRLƏR !

2-ci Qarabağ Savaşının iştirakçısı, Yardımlının Anzov kəndində yaşayan Qazi Balaşlı Təbriz Malik oğlu  Prezident İlham Əliyevə  və digər aidiyyatı qurumlara müraciət edib. 

UTVXƏBƏR Turkazinfo-ya istinadən xəbər verir ki, Qazi Təbriz Balaşlı, Vətən savaşından sonra Yardımlı rayon rəhbərliyinin və aidiyyatı digər təşkilatların  Qazilərə biganəliyindən və problemlərinin həll olunmasında yardımçı olmamasından şikayətlənir. 

Qazimizin müraciətindən görünür ki, rayon rəhbərliyi və aidiyyatı vəzifəli şəxslər rayonda Vətən savaşında Qəıhrəmanlıq göstərən, 44 günlük savaşda tarix yazan oğullarımızın nəinki problemləri ilə  maraqlanmırlar, hətta onları yadlarına belə salmaq niyyətində görünmürlər. 

Baxmayaraq ki, Ali Baş Komandan, Prezident İlham Əliiyev dəfələrlə çıxışları zamanı Vətən müharibəsi iştirakçılarına, Qazilərimizə, əsgər və zabit ailələrinə məmurların xüsusi diqqət və qayğı göstərməli olduğunu dilə gətirib. Təəssüflər olsun ki, ölkə Prezidentinin bu tapşırıqlarını yerli məmurlar qulaqardına vururlar.

Məsələ ilə bağlı yerli qurumlarla əlaqə saxlamağa çalışsaqda əlaqə yaratmaq mümkün olmadı. İnanırıq ki, bu material dərc olunandan sonra aidiyyatı qurumun rəhbərləri özlərində məsuliyyət hissi yaradıb Qazimizin problemini həll edəcəklər. 

Qazimizin müraciətini redakta etmədən olduğu kimi dərc edirik. 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin

Ali Baş Komandanı Cənab İlham Əliyevə

Surəti: Heydər Əliyev Fonduna

Surəti: SHXÇDX Arzu Rəhimova

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

Surəti:Azərbaycan Respublikasının Müdfafiə Naziri Zakir Həsənova

Yardımlı rayonu Anzov kənd sakini II Qarabağ müharibəsi iştirakçısı,

Qazi Balaşlı Təbriz Malik oğlundan

Ərizə                                                                                     

       Bildirirəm ki, mən, Yardımlı rayon Anzov kəndində yaşayıram. Ailəmiz dövlət və dövlətçiliyyə bağlılığı ilə seçilən bir ailə olub həmişə. Mən həqiqi hərbi xidmətimi ön cəbhədə Sanitar təlimatçı olaraq nümunəvi bitirmişəm. 2020-ci ilin sentyabrında Cənab Prezidentin qismən səfərbərlik elan etməsinə cavab olaraq ikinci dəfə SHXÇDX-da könüllü qeydiyyat keçərək orduya xidmətə göndərildim. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə  iştirak etmişəm. Xocavənd uğrunda gedən döyüşdə sağ əlimdən və boynumdan qəlpə yarası almışam. Bir müddət Füzuli rayonu ərazisində yerləşən Hərbi hospitalda müalicə olunmuşam. Hələ də qəlpələr bədənimdədir. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşməyimə baxmayaraq Cənab Prezidentin 25 dekabr 2020-ci il tarixli Sərəncamıyla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişəm.

     Bildirmək istəyirəm ki, atəşkəsdən beş aya yaxın müddət keçməsinə baxmayaraq bu günə qədər Yardımlı rayonundan bir dənə də olsun idarə, müəssisə, yaxud dövlət qurumu adicə bir zəng edib mənim səhhətim, yaşam vəziyyətimlə maraqlanmayıb.  Dünən Yardımlı rayonunda H. Əliyev Fondunun yardımı paylanılıb. Yardımların paylanmasında qeyri-şəffaflıq olduğundan insanlar arasında böyük narazılıq baş vermişdir. Maraqlı haldır ki, bir çox haqqı olanlar kimi mənim adımı da siyahıya daxil etməyiblər. Həm DSMF 16 saylı Sosial Xidmət Agentliyinə (Masallı ), həm də Yardımlı rayonu üzrə əlaqədar bütün idarələrə müraciət etsəm də həm siyahıların kim tərəfindən tutulmasını , həm də qazi olaraq mənim adımı yardım alanların siyahısına kimin daxil etmədiyini öyrənə bilmədim.

       Çox təəssüf edirəm ki, bu gün Yardımlı rayon hərbi komissarlığı Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərmək əvəzinə ondan-bundan bir şiş kabab alaraq “Arxa cəbhədə fədakar əməyinə görə” Fəxri fərmanı ilə təltif edir və təbii ki, bununla da həm Cənab Prezidentin, həm də Cənab Arzu Rəhimovun imzasına sayğısızlıq göstərir. Vətən müharibəsi iştirakçısına, yaralıya, Qaziyə adi bir zəngi belə qıymayan bir idarə bu əməliylə təbii ki, Vətənə xidmət etmir. Görünür bizim Vətən uğrunda döyüşüb yaralanmağımız onlar üçün elə də əhəmiyyətli deyil.   

       Cənab Prezident! Mən Sizin əsgəriniz olmuşam və bununla hər an qürur duyuram. Həmişə, hər an da Əmrinizlə əsgər olmağa, canımla, qanımla Vətəni müdafiə etməyə hazıram! Bilmək istəyirəm ki,  Yardımlı rayonunda qaziyə qarşı bu qədər haqsızlıq hardan qaynaqlanır. Yardım paylanılır-adım salınmır siyahıya. Bayramlarda, əlamətdar günlərdə adi bir zəngi də biz Qazilərə çox görürlər. Görəsən niyə bir maraqlanan yoxdur ki, ay Vətən müharibəsi Qazisi, Sən hardasan, necə yaşayırsan? Bu qədər etinasızlıqmı olar?

          Xahiş edirəm səlahiyyətinizdən istifadə edərək Yardımlı rayonunda biz qazilərə qarşı baş verən ədalətsizliyin qarşısını alın. Vətən müharibəsi iştirakçısının, müharibə iştirakçısı və qazinin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik göstərəsiniz.

           Hörmətlə: Balaşlı Təbriz Malik oğlo

            Yardımlı rayonu Anzov kəndi

            Əlaqə:mobil: 050-674-94-18

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Malik Balaşov - 22.03.2021 17:36:23
Çox sağ olun minnətdaram Ümid TV Azərbaycan. Qazi Balaşlı Təbrizin şikayətini işıqlandırmağınız Sizin nə qədər dövlət və dövlətçiliyimizə bağlı olduğunuzdan xəbər verir. Təbii ki, bəzi daş qəlbli məmurların özbaşınalığının, şəhid ailəsi, Qazi və müharibə iştirakçıkarına qarşı göstərdiyi mənfi münasibət məhz onları intihara sürükləyən səbəbdir. İnşallah Sizin işıqlandırmanızdan sonra Yardımlıda da məmur biganəliyinə son qoyular, daş ürəklərə rəhm gələr. İnşallah..Təki olsun!
13 Bəyənmədim
9 Bəyəndim

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 15 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı