SIYASƏT

Hamısı

Əbülfəs Qaraye və Elçin Quliyevə bu ölkə də cinayət işi açıldı-SON DƏQİQƏ

(4 Ay, 8 Gün önce) 272 İzlənmə
Əbülfəs Qarayevlə Elçin Quliyevə Britaniyada cinayət işi açılıb

UTVXƏBƏR.com:  Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə bağlı şok detallar son günlər  gündəmi zəbt edib.Gununsesi.org-un əldə etdiyi məlumata görə, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.
 

Bununla bağlı Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üçün Azərbaycan hökumətinə sorğu verib.


Məsələ ilə bağlı  Britaniyanın  “Evening Standard” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, hazırda  məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.


Eyni məzmunlu araşdırma DSX  rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.Hər iki  şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.
 

Nəticə  olaraq  Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.

 


BIST
1127-2,25
ALTIN
502,1580,72
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı