UTVXƏBƏR.com: 11 ayın Sultanı Ramazan bayramı münasibəti ilə bütün müsəlman bacı və qardaşları səmimi qəlbdən təbrik edirəm.Süfrənizə bol ruzi-bərəkət , xoş günlər diləyirəm. Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunmasını sizlərə arzulayıram.Dünyanı cənginə alan koronavirus epidemiyasına qarşı dövlətin apardığı əzimkar mübarizədə dözüm, iradə və sağlam ömür sizlərə nəsib olsun.Ramazan ayı qürurverici, paklıq ayı olduğu üçün inanıram ki, qarşılaşdığımız bu qlobal problemdəndə alnıaçıq, şərəflə çıxacayıq.Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin keçirdiyi uğurlu siyasəti sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır. Xalqı və dövləti üçün Cənab Prezidentin apardığı uğurlu, yorulmaz xidmətləri bunu deməyə əsas verir ki, Azərbaycan ehtibarlı əllərdədi. Əziz və zəhmətkeş müsəlman bacı və qardaşlarım ailələrinizə xoşbəxtlik, firavanlıq arzu edirəm.
Ramazan bayramınız mübarək olsun!
UTVXƏBƏR İnformasiya Agentliyinin Baş redaktoru: Səbuhi Eltonlu.