QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5503_dovl-tin-g-lirl-ri-artib-x-rcl-ri-is-azalib-foto

SOSIAL

Hamısı

Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb - FOTO

(36 Gün, 16 Saat öncə) 477 İzlenme 0 Yorum
Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb - FOTO

UTVXƏBƏR :                  2021-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 320,9 milyon manat, xərcləri isə 1 milyard 231,9 milyon manatı təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə büdcə gəlirlərinin həcmi 26,1 faiz artıb, büdcə xərclərinin həcmi isə 12,2 faiz azalıb.

Belə ki, yanvar ayında büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 476,9 milyon manat, əlavə dəyər vergisi üzrə 458,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 81,8 milyon manat, aksizlər üzrə 81,5 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 81,2 milyon manat vəsait daxil olub.

Həmçinin, büdcə daxilolmalarının 37,4 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 27,8 milyon manatı vergilərin digər növləri üzrə vəsaitlər və 1 milyard 75,7 milyon manatı vergi olmayan gəlirlər hesabına formalaşıb.

Büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi - 337,3 milyon manat müdafiə və milli təhlükəsizlik tədbirlərinə, 295,8 milyon manat sosial müdafiə və sosial təminata, 183,1 milyon manat kənd təsərrüfatına xərclənib.

Eləcə də, təxminən 125,8 milyon manat təhsil və səhiyyəyə, 115,4 milyon manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrindəki fəaliyyətə, 110,5 milyon manat ümumi dövlət xidmətlərinə və ümumilikdə təqribən 64 milyon manata yaxın vəsait digər sahələrə sərf olunub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,4 milyon manat, xərcləri isə 3 milyard 469,8 milyon manat təşkil edib.

Büdcənin icrasında 559,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,7 faizi qədər profisit yaranıb.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,056-0,09
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı