QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/5495_az-rbaycanda-hasil-olunan-qiym-tli-metallarin-h-cm

İQTİSADİYYAT

Hamısı

Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlandı - FOTO

(36 Gün, 0 Saat öncə) 175 İzlenme 0 Yorum
Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlandı - FOTO

UTVXƏBƏR :                  2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, iki ay ərzində ölkəmizdə 1 337,5 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 12,1 faiz azalıb. Ötən dövrdə 531 kiloqram qızıl, 806,5 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 20,2 faiz, gümüş hasilatı isə 5,8 faiz azalıb.

Təkcə fevral ayı ərzində isə ölkədə 260,1 kiloqram qızıl, 385 kiloqram gümüş hasil edilib. 2020-ci ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq qızıl hasilatı 0,2 faiz azalıb, gümüş hasilatı isə 18 faiz artıb.

Bildirilib ki, 1 mart 2021-ci il tarixinə görə, ölkədə 410,3 kiloqram hazır qızıl ehtiyatı, 201,8 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl ehtiyatlarının həcmi 2,2 dəfə, gümüş ehtiyatarının həcmi isə 2,4 dəfə artıb.

Əlavə edək ki, müvafiq dövrdə 434,9 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artıb. Bu məhsul növü üzrə 677,5 ton hazır ehtiyat yaranıb.

 

 

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
477,6930,04
EURO
9,94371,05
DOLAR
8,28031,22
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı