QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/535_access-bank-300-manata-gor-v-t-ndasi-intihara-suru

BÖLGƏ

Hamısı

Access Bank 300 manata görə vətəndaşı intihara sürükləyir - İDDİA

(13 Ay, 8 Gün öncə) 244 İzlenme 0 Yorum
Bu barədə sosial mediada Əflatun Məmmədov məlumat paylaşıb.

UTVXEBER.com:      Bu gün facebook sosial şəbəkədə bir paylaşım diqqətimizi çəkdi. Lerik sakini Əflatun Məmmədov özünün facebook səhifəsində Access Bankın 300 manata görə vətəndaşı intihara sürükləməsi barədə paylaşım edib. 

Paylaşımda qeyd olunur ki, Access Bank  300 manata görə Azərbaycan vətəndaşını intihara sürükləyir. Məlumata görə vətəndaş 300 manat kredit borcunu bağlamaq üçün Bankdan 1 ay möhlət  istəyib. Lakin Bank təşkilatı vətəndaşı hüquq mühafizə orqanları ilə hədələməklə vətəndaşın gələcək karyerasına ləkə salmaq istəyir.

Paylaşımda qeyd olunur ki, Bank təşkilatı eyni zamanda vətəndaşa məhkəməyə verəcəyini bildirərək ondan 3 qatına pulun alınacağını söyləyir.

Paylaşılan məlumatda kimin haqlı, kimin haqsız olması məsələnin hüquqi tərəfidir. Lakin ictimai münasibət baxımından media olaraq münasibətimiz belədir ki, Bank təşkilatı həqiqətəndə belə bir hərəkətə yol verirsə, bu hal qəbuledilməzdir. Ölkəmiz  hələ ki, Xüsusi karantin rejimindən tam olaraq çıxmayıb. Qlobal Pandemiya ilə mübarizə aparıldığı bir zamanda Dövlət bütün iqtisadi itkilərə baxmayaraq vətəndaşın rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirləri görür və görməkdə davam edir. Həmçinin Bank təşkilatlarının da zərərə uğramaması üçün Azərbaycan Dövləti lazım olan tədbirləri görüb. Belə olan halda Access Bankın vətəndaşa qarşı belə bir hərəkəti bağışlanılmazdır. 

Bir halda ki, vətəndaş 1 ay müddətinə kredit borcunun ödənilməsini bildirir, Bankın ilin bu ağır dönəmində vətəndaşa möhlət verməsi zəruridir. Əks halda, yalnız öz xeyrini güdüb real vəziyyəti nəzərə almayıb vətəndaşın üzərində hökmranlıq prinsipini icra edən hər hansı bir şəxs bu cəmiyyətdən təcrid olunmağa məhkumdur. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Mənbə: umidtv.com)

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 17 Gün öncə
BIST
14110,00
ALTIN
497,2460,06
EURO
10,3682-0,13
DOLAR
8,6807-0,24
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı