UTVXƏBƏR.com: Fitnes məşqçisi Kamil Zeynallının 10 günlük həbs müddəti bu gün başa çatır. Kamil Zeynallının köməkçisi Razim Qarayevin saytımıza verdiyi məlumata görə, o, saat 17:00-dan etibarən azadlığa çıxacaq.
Xatırladaq ki, Kamil Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. O, xüsusi karantin vaxtı maddi yardım etmək məqsədilə Ucara və Füzuli rayonunun Horadiz qəsəbəsinə icazəsiz getdiyi üçün 10 sutkalıq həbs olunub.