UTVXƏBƏR.com: Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası birinci müavin Vaqif Əliyevə tapşırılıb.Vaqif Əliyev 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Mürsəl oğlu Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.