UTVXƏBƏR.com: Türkiyənin əsas yük daşıyıcısı olan “Turkish Airlines” (“Türkiyə Hava Yolları”) şirkəti beynəlxalq reysləri bərpa edəcək. Bu barədə şirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. Onun sözlərinə görə, daxili uçuşlar iyunun 4-də, beynəlxalq reyslər isə 10 iyunda başlayacaq.
"Sərnişinlər salona əl yüklərini daşıya bilməyəcəklər. Təyyarə salonuna yalnız əl çantalarının götürülməsinə icazə veriləcək", - deyə İlker Aycı bildirib.