QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/486_rusiya-prezidenti-az-rbaycanlilarla-bagli-tapsiriq

SIYASƏT

Hamısı

Rusiya Prezidenti Azərbaycanlılarla bağlı tapşırıq verdi

(14 Ay, 13 Gün öncə) 248 İzlenme 1 Yorum
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

UTVXƏBƏR.com:           Rusiya Prezidenti Vladimir Putin ölkənin müvafiq orqanlarına 31 maya qədər operativ şəkildə Azərbaycanın səlahiyyətli orqanları ilə iki dövlətin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

 
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Verilən tapşırıqda bildirilir ki, V.Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    5 Ay, 20 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı