UTVXƏBƏR.com: Baş prokuror Kamran Əliyevin birinci müavini postuna Lənkəranın prokuroru Elçin Məmmədov, digər müavin Namiq Əsgərovun yerinə isə Mingəçevirin prokuroru Elmar Camalov gətiriləcək.
Təyinatla bağlı sərəncamın gün ərzində veriləcəyi gözlənilir.
Qeyd edək ki, Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyinə start verib. Birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.