UTVXƏBƏR.com: Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyinə start verib. Birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.
Onlarla bağlı Prezidentin bu gün sərəncam verəcəyi gözlənilir. İşdən çıxarılan şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlumdur.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.