UTVXƏBƏR.com: Adı çəkilən qurumun icraçı direktoru Əhməd İsmayılov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, İlkin Nadirov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni mətbuat katibi təyin olunub.
Qeyd edək ki, İlkin Nadirov bundan öncə "Azad Azərbaycan" telekanalının redaktoru vəzifəsində çalışıb. Media sahəsində 10 ildən artıqdır ki, çalışan gənc jurnalist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.