UTVXƏBƏR.com: Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.Qeyd edək ki, Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.
Azər Mütəllim oğlu Talıbov İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə 2017-ci ilin yanvarında təyin olunduğu bildirilir. Bundan öncə o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.
Xatırladaq ki, Azər Talıbov 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.