QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/464_dsx-nin-daha-bir-v-zif-li-s-xsi-h-bs-edildi-son-d-

GÜNDƏM

Hamısı

DSX-nin daha bir vəzifəli şəxsi həbs edildi-SON DƏQİQƏ

(15 Ay, 21 Gün öncə) 241 İzlenme 0 Yorum
Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabiti barəsində cinayət işi açıldı.

UTVXƏBƏR.com:               Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdikləri  əməliyyat-istintaq tədbirləri davam etdirilir. Belə ki, Dövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Abdullayev Arif Cəfər oğlu barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında həbs-qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
 

Mayın 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.
 

Həbs olunanlar  DSX-nin rəis müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    6 Ay, 27 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı