QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/462_atv-iki-m-kdasi-il-bagli-r-smi-aciqlama

SOSIAL

Hamısı

ATV iki əməkdaşı ilə bağlı-RƏSMİ AÇIQLAMA

(16 Ay, 11 Gün öncə) 278 İzlenme 1 Yorum
"Azad Azərbaycan" Teleradio və Yayım Şirkəti iki müxbirinin koronavirusa yoluxması ilə bağlı açıqlama verdi.

UTVXƏBƏR.com:                           “Əməkdaşımız istiliyi olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

Bu sözləri “Azad Azərbaycan”nın İcraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

“Bildiyiniz kimi test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq. 

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub. Yalnız sözügedən əməkdaşımız karantinə yerləşdirilib".

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

"Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qurupunda fəaliyyət göstərənlərdən sayılır. Bir daha xatırladıram ki, pozitiv çıxan ilkin nəticədir və ümid edirik ki, əməkdaşımızın ikinci nəticəsi neqativ çıxacaq”. 

 

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub”.

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

“Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qrupunda fəaliyyət göstərənlərdəndir”. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    7 Ay, 17 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı