QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/458_norvecli-r-ssam-edvard-munkun-n-m-shur-s-rl-rind-n

MƏDƏNİYYƏT

Hamısı

Norveçli rəssam Edvard Munkun ən məşhur əsərlərindən biri məhv olur - FOTO

(11 Ay, 9 Gün öncə) 176 İzlenme 0 Yorum
Norveçli rəssam Edvard Munkun “Haray” əsərində sarı rəngli boya vaxt keçdikcə məhv olur.

UTVXƏBƏR.com:                Norveçli rəssam Edvard Munkun “Haray” əsərində sarı rəngli boya vaxt keçdikcə məhv olur. Buna səbəb havanın yüksək rütubətidir.

“Daily Mail”in məlumatına görə, kətan üzərindəki boya mikrotozlarının rentgen analizindən sonra alimlər bu qənaətə gəliblər.

Tədqiqatçıların fikrincə, sarı boyanın bir hissəsi olan kadmium sulfid yüksək rütubət şəraitində oksidləşir və solur. Əvvəllər şəklin keyfiyyətinin pisləşməsinin səbəbi işığın kətana təsiri ilə əlaqələndirilirdi. Bu səbəbdən “Haray” qaranlıq otaqda saxlanılır və nadir hallarda - yalnız idarə olunan zəif işıq və 50 faiz hava rütubəti şəraitində sərgilənirdi. Yeni analizin nəticələrinə əsasən, işığın şəkil üzərində təsirinin minimal olduğu müəyyənləşib.

Alimlər “Haray”ın muzeydə daim sərgilənməsi üçün otaqdakı rütubətin 45 faizdən çox olmamasının zəruriliyi qənaətinə gəliblər.

Qeyd edək ki, 1893-cü ildə çəkilmiş “Haray” Munkun ən məşhur əsərlərindən biridir. O, müasir insanda ümumi təşvişin ifadəsi kimi izah olunur.
 


 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
478,6660,24
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı