SON XƏBƏR

Hamısı

VİDEO: BU GÜN SƏNƏ EHTİYACI OLANA LAZIMSAN, MƏQSƏDİNƏ ÇATDISA....! - Rəhman Cəbiyev

(4 Ay, 11 Gün önce) 13,95 B İzlənmə
Öncə qeyd edim ki, qələmə aldığım bu yazı ünvanlıdır. Yazı ünvanlı olsa da, başqalarının da oxumasında bir fayda var ki, gələcəkdə qarşılarına çıxan insanları tanıya bilsinlər.

UTVXƏBƏR.com:      Həyatın çox qəribə xüsusiyyətləri var. İnsan var ki, həyata uyğunlaşır, insan da var həyat ona uyğunlaşır.  İnsanları fərdiləşdirən də elə bu xüsusiyyətlərdir.

Çox düşündüm ki, bu yazını qələmə almayım. Səbr etdi, çox səbr etdim. Lakin 6 ay müddətində gördüklərim məni bu məqaləni yazmağa məcbur etdi. Çox zaman deyirik ki, “SUSMAQ QIZILDIR”. Amma bəzi insanların elədiklərinin qarşısında susduqca səni zəif sayarlar. Odur ki, susmaq heç də qızıl sayılmır. Gərək sözü yerində və vaxtında  deyəsən ki, hər kəs payını götürsün və səhvini anlasın. Deyərlər ki, sözü yiyəsi götürər. Elə mən də o məqsədlə yazıram ki, dilə gətirdiyim bu sözləri sahibləri götürsün.

Belə ki, bu həyatda yaşadığım sürəcə qarşıma çıxan çox insanlar görmüşəm. Rastlaşdığım insanların arasında hər sahədən olan insanlar olub. O insanların bəziləri üçün elə addımlar atmışam ki, bəlkə də onların öz həyatında xeyirlərinə mənim qədər addım atan olmayıb. Ama nə fayda..!  O bəhs etdiyim insanlar bu həyatda yalnız öz şəxsi mənfəətlərini düşünənlərdir. Onlar özlərindən başqa heç kimi düşünməzlər. Səndən isə sənə ehtiyacı olduqları zaman sadəcə istifadə edərlər.

Sən öz aləmində həmin insana dost münasibəti bəsləyərsən, sənin münasibətin həqiqi olar. Lakin onun sənə olan münasibəti şəxsi məqsəd daşıdığından saxta olar.

6 ay müddətində bəzi insanlardan nələr gördüm və nələr eşitdim. Onlar özlüyündə özlərini ağıllı hesab edərlər. Əslində isə özləri də yaxşı başa düşürlər ki, onlar sadəcə saxta niyyətli fərdlərdirlər.

Deyək ki, biri sizdən xahiş edər ki, mənə qarşı hansısa bir qrup əks təbliğat aparır və sizdən onu müdafiə etməyi, həm də həmin əks qrupa qarşı əlində olan təsiredici bir vasitədən istifadə edib onu susdurmağı istəyər. Sənin münasibətin həqiqi olduğundan, biri dediyimiz xahiş edənin istəyinə uyğun olaraq onu müdafiə edərsən və həmin əks qrupa qarşı əlində olan bütün imkanlardan istifadə edib onu susdurarsan.  Bu addımınla da həmin əks qruplarla düşmən olursan. Qəribədir, kimə görə düşmən oldun !

Məsələ də elə bundadır. Sən xeyrinə çalışdığın şəxs, gözüvün qarşısında utanmadan, səni bir kənara qoyub, başqalarından yapışar. Yəni başqaları ilə iş birliyinə girib səni yadına belə salmaz. Zərrə düşünməz ki, axı ən çətin günümdə bu adam mənə dəstək olub, özü də necə dəstək ! Hansı ki, o şəxs ən çətin günündə hər kəsin əks təbliğatına məruz qalanda, sən o şəxsə görə hər kəsi qarşına alıb mübarizə aparmısan və düşmən qazanmısan. Dəstək olduğun insan bunu zərrə düşünməz. Çünki o səninlə həqiqi dost və ya tanış olmayıb. Onun sadəcə bir niyyəti olub, şəxsi məqsədinə çatmaq !  Niyyəti hasil olandan sonra isə sənin ona görə bir dəyərin qalmır. Bax budur həyatın müəmması və insanın etibarsızlığı!

Məni ən çox düşündürən bilırsinizmi nədir. Belə insanların özünə düşmən olanlara sığınması ! 

Digər tərəfdən, bəhs etdiyin o şəxslərə itirdiyin zamanın ucbatəndan sıxıntılarla qarşılaşırsan. Əlində olanları da yavaş-yavaş itirirsən. Haqqında danışdığın şəxslər səndənmi və ya başqasındanmı, başıva gələnləri eşidirlər. Lakin heç yerlərindən belə tərpənmirlər. Əksinə, yaxından onları izləyərkən, görtürsənki başıva gələn sıxıntılara görə sevinirlər. Sanki əzəldən bu adamlar sənə düşmən olublar ki, onları sən dost kimi qəbul etmisən. Əslində sən haqq yoldasan, onlar bunu dərk etməzlər. O xarakterdə olan şəxslərin yalnız bir adı var - “XƏYANƏTKAR”  Onların nə Sənə, nə Dövlətə, nə Xalqa, nə də Vətənə faydaları olmaz. Şəxsi məqsədləri üçün lazım gəldikdə vətəni də  satarlar ! Bax budur onlar !

Sonda həmin bəhs etdiyim şəxslərə deyirəm ki, arzuladığınız baş tutmadı. Nə tabeliyimdə olan saytların fəaliyyəti dayanmadı, nə də Ümid Tv kanalının fəaliyyəti dayanmadı və dayanmayacaqda. Çünki biz sizin kimlərdən fərqli olaraq dövlətimizə və xalqımıza xidmət edirik. Bizim üçün Vətən müqəddəsdir. Biz Azərbaycanlıyıq, idiologiyamız azərbaycançılıqdır. Məramımız ümummillidir. Biz dövlətimizin və  xalqımızın yanındayıq. Sizin kimi nə yalançı deyilik, nə kimisə aldatmırıq, nə də şəxsi məqsədlərimiz üçün çalışmırıq. Biz Sözümüzün Ağasıyıq !

Siz kim olursunuzsa olun, biz yenə də bizik !

Son günlərə qədər sizlər üçün etdiklərimizdən qətiyyən peşiman deyilik. Çünki biz siz deyilik, biz yenə bizik. Biz Allaha sığınmışıq, çünki Allah haqqın yanındadır. Gün gələr etdiklərinizin qarşılığını alacaqsınız, mütləq alacaqsınız. Bunu belə də bilin. Rəhman heç nəyi UNUTMUR !

Rəhman  Cəbiyev / Xüsusilə Sözün sahibi üçün

 

 


BIST
1144-3,95
ALTIN
495,0590,10
EURO
9,54021,42
DOLAR
8,06901,59
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı