UTVXƏBƏR.com: Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən bu gün 188 nəfər Azərbaycan vətəndaşı Almaniyanın Berlin şəhərindən ölkəyə gətirilib. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Xatırladaq ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.