QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/425_bas-prokuror-butun-kom-kcil-rini-isd-n-azad-etdi-s

GÜNDƏM

Hamısı

Baş prokuror bütün köməkçilərini işdən azad etdi-SON DƏQİQƏ.

(11 Ay, 11 Gün öncə) 177 İzlenme 0 Yorum
Baş prokuror Kamran Əliyev bütün köməkçilərini - Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.

UTVXƏBƏR.com:                        "BakuPost"a istinadən xəbər verir ki, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxslərin övladlarıdır.

 

Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.

 
Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.

 

Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə "Embawood" şirkətinin sahiblərindən biridir.

 

Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
479,1340,34
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı