QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/420_ilk-d-f-olaraq-qiz-qalasinin-3d-scanning-versiyasi

MƏDƏNİYYƏT

Hamısı

İlk dəfə olaraq Qız Qalasının 3D Scanning versiyası hazırlanıb-FOTO.

(8 Ay, 6 Gün öncə) 151 İzlenme 0 Yorum
İlk dəfə olaraq Qız Qalasının “World Heritage 3D Scanning” versiyası təqdim olunub

UTVXƏBƏR.com:                  18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi ilk dəfə olaraq Qız qalası memarlıq abidəsini “World Heritage 3D Scanning” proqramında təqdim edib.
 

Layihə Almaniyanın “EKМ Global Consulting GmbH” şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə həyata keçirilib.
 

2020-ci il Azərbaycan xalqının milli irsi olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20-ci ildönümüdür. Bu münasibətlə "İçərişəhər" Muzey Mərkəzi İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi kimi yeni bir layihəyə start verib və ilk olaraq Qız qalasından başlanılıb.

Burada tətbiq edilən “World Heritage 3D Scanning” proqramı tarixi abidələrin vizuallaşdırılması və sənədləşdirilməsidir hansı ki, burada bir memarlıq və mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi üçün xüsusi sənədlər yaradılır. DWG fayl isə üçölçülü sənəd kimi hər hansı bir üçölçülü faylın proqram təminatıdır.

Bu proqram bir obyekti tam ölçüdə skan edərkən məlumatları, abidə və ya obyekt kataklizmlər nəticəsində dağılmaya məruz qalarsa onun yenidən peşəkar şəkildə qurulması və bərpası zamanı istifadə edilə bilən rəqəmsal mediada saxlayır.

Qız qalasının 3D 360 dərəcə virtual turu da ilk dəfə olaraq bütün mərtəbələr üzrə iki dildə məlumat nöqtələri, qalanın yuxarısından şəhərin panoramik mənzərəsi və öz veb-saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu vasitəsilə təqdim edilir.

Bu formatda ilk dəfə təqdim edilən layihə Azərbaycanın bütün görməli yerlərinin rəqəmsal arxivləşdirilməsinin başlanğıcıdır. Mədəni irsin idarə edilməsi sahəsində obyekt haqqında məlumatların düzgünlüyü və peşəkar sənədlərin çox vacib olması baxımından 3D skan təqdimat bu işdə müstəsna rol oynayır.

Bu funksiya gələcəkdə abidələrin qorunma və bərpa işlərində kömək edəcək, həmçinin arxeoloji tədqiqatların aparılmasına da təsir edə bilən dəqiq və detallı məlumatlar yaradır.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    9 Gün, 10 Saat öncə
BIST
1524-1,49
ALTIN
438,8630,08
EURO
9,00640,63
DOLAR
7,44481,12
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı