QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/414_bas-nazird-n-daha-bir-muhum-q-rar-

GÜNDƏM

Hamısı

Baş Nazirdən daha bir-MÜHÜM QƏRAR.

(17 Ay, 17 Gün öncə) 271 İzlenme 1 Yorum
Baş Nazir Əli Əsədov “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

UTVXƏBƏR.com:                  Baş Nazir Əli Əsədov  “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

Dəyişikliklərə əsasən, bundan sonra mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Amma qazıntılar zamanı aşkar edilmiş tapıntılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməlidir.


Bundan başqa, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən işlər dayandırmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    8 Ay, 20 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı