UTVXƏBƏR.com: Bu ilin yanvar-aprel aylarında Gürcüstan 780,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib. Bu barədə “Gürcüstanın elektrik enerjisi
sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin 409,316 milyon kilovatt/saatı və yaxud 52,4%-i Azərbaycanın payına düşüb.
Gürcüstan Rusiyadan isə 371,083 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Bu həcm Gürcüstanın idxal etdiyi ümumi elektrik enerjisinin 47,5%-ni təşkil edib.
Yanvar-apreldə Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə 51,09 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.