QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/401_baglanan-banklarda-man-tl-ri-olanlar-mutl-q-oxusun

İQTİSADİYYAT

Hamısı

Bağlanan banklarda əmanətləri olanlar-MÜTLƏQ OXUSUN.

(11 Ay, 12 Gün öncə) 178 İzlenme 0 Yorum
Bağlanan banklarda əmanətləri olanların nəzərinə

UTVXƏBƏR.com:              Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin əmanətçilərinə müraciət edib. 

Müraciətdə deyilir: 


Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.


Qorunan əmanətçilər ərizə formalarını iyunun 1-dən “Kapital Bank”ın müvafiq filiallarından və  www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Kapital Bank”ın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.


Qorunan əmanətçilər hesabdan çıxarışları mayın 20-dən “Amrah Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti, 36 A ünvanında yerləşən baş ofisindən və "Atabank"ın Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankların müfaviq filiallarından əldə edə bilərlər.


“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    2 Ay, 14 Gün öncə
BIST
13451,13
ALTIN
478,3890,19
EURO
10,03240,89
DOLAR
8,32550,55
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı