MƏDƏNİYYƏT

Hamısı

Kurt Kobeynin akustik gitarası 1 milyon dollara hərraca çıxarılıb.

(4 Ay, 18 Gün önce) 142 İzlənmə
Məşhur “Nirvana” rok qrupunun yaradıcısı mərhum Kurt Kobeynin akustik gitarası ABŞ-da 1 milyon dollara hərraca çıxarılıb.

UTVXƏBƏR.com:               Məşhur “Nirvana” rok qrupunun yaradıcısı mərhum Kurt Kobeynin (1967-1994) akustik gitarası ABŞ-da 1 milyon dollara hərraca çıxarılıb.Bu barədə “Julien’s Auctions” hərrac evi məlumat yayıb.
 

Məlumatda qeyd olunub ki, hərrac evi Kurt Kobeynin 1959-cu il istehsalı olan “Martin D-18E” akustik gitarasını təqdim etdiyi üçün qürur hissi keçirir. Beverli-Hillzdə onlayn şəkildə keçiriləcək lot hərrac evi üçün ən mötəbər hadisələrdən sayılır.


Bildirək ki, satışa çıxarılan gitarada Kurt Kobeyn 1993-cü il noyabrın 18-də “MTV Unplugged” konsertində ifa edib. Həmin konsert ifaçının müəmmalı ölümündən beş ay əvvəl baş verib.


Konsertin video və audioalbomu 1994-cü ildə artıq K.Kobeynin ölümündən sonra yayılıb. Bu, “Nirvana”nın ən məşhur səsyazısı hesab olunur. Sonradan “Unplugged in New-York” adı altında çıxan albom 1996-cı ildə Amerikanın “Grammy” mükafatlandırılmasında “Ən yaxşı alternativ albom” nominasiyasını qazanıb.

              


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı