UTVXƏBƏR.com: Məşhur rejissor Kənan Mahmudov (Kənan M.M.) etdiyi paylaşımı ilə diqqət mərkəzində olub. Məşhur rejissor Kənan Mahmudov hazırda həbsdə olan məşhur fitnes məşqçisi Kamil Zeynallının anası Sahilə Zeynalovaya baş çəkib.
S.Zeynalova ilə fotolarını paylaşan Kənan sosial media hesabında bu sözləri yazıb:
“Gözəl Sahilə xalam, Kamil Zeynallı bir neçə günlük səni bizə əmanət edib. Elə dost üçün sənə təşəkkür edirəm”.
Bildirək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün mayın 12-si saxlanılıb. Məhkəmənin qərarı ilə o, 10 sutka müddətində həbs edilib.