SON XƏBƏR

Hamısı

“Bakı Tikiş Evi”-də kütləvi yoluxma oldu-SON DƏQİQƏ.

(4 Ay, 16 Gün önce) 197 İzlənmə
“Bakı Tikiş Evi”-də 64 işçi koronavirusa yoluxdu

UTVXƏBƏR.com:          “Bakı Tikiş Evi” ASC işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə açıqlama verib. SC-nin satış şöbəsinin rəisi Etibar Əzimov  açıqlamasında qeyd edib  ki, işçilərdən bir nəfər digər əməkdaşları da koronavirusa yoluxdurub:


“Həmin işçinin qızı koronovirusa yoluxub və anasını yoluxdurub. Nəticədə, bizim işçilər arasında yoluxma baş verib. ASC-də üç-dörd nəfər virusa yoluxub, xəstəxanada müalicəsini davam etdirir. Digər işçilərimiz isə hazırda karantində saxlanılır. Həftənin bazar ertəsi evlərinə buraxılacaqlar”.

O  bildirib   ki,  hazırda müəssisə fəaliyyətini davam etdirmir:


“Bizim qurumun təşəbbüsü ilə işçilər koronavirus testindən keçirilib. Bilirsiniz ki, bizim işçilər hərbçilərin, polislərin paltarlarını tikirlər. Yoluxma təkcə bizdə olmayıb, dövlət müəssisələrində də olub”.

 

Bildirək ki, dünən Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub.


BIST
1127-2,25
ALTIN
500,0320,29
EURO
9,69370,50
DOLAR
8,25911,27
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı