UTVXƏBƏR.com: Xalq artisti Gülyanaq Məmmədovanın sosial şəbəkədə paylaşdığı hamilə fotoları müzakirələrə səbəb olub.Dörd övladı olan müğənni film üçün hamilə qadın obrazında olduğunu vurğulayıb.
Məmmədova bildirib ki, ekran işi 9 May Qələbə gününə həsr edilib. Film Azərbaycan Dövlət Televiziyasında yayımlanacaq. G.Məmmədova övladı ilə kamera qarşısına keçib.
Filmdə müğənni ilə yanaşı Xalq artistləri Həmidə Ömərova, Ənvər Sadıqov da rol alıblar.