MƏDƏNİYYƏT

Hamısı

Lənkəran Dövlət Dram Teatrı bu peşə üzrə müsabiqə elan edir.

(4 Ay, 19 Gün önce) 221 İzlənmə
Lənkəran Dövlət Dram Teatrı gənc rejissorları əməkdaşlığa dəvət edir

UTVXƏBƏR.com:                   Lənkəran Dövlət Dram Teatrı müsabiqə yolu ilə rejissorları əməkdaşlığa dəvət edir. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd koronavirus pandemiyası bitdikdən sonra sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında əsəri tamaşaya hazırlamaqdır.


Müsabiqədə əsasən gənc rejissorların iştirakı nəzərdə tutulub. Təqdim olunan əsərlərin eksplikasiyası daha çox maraq kəsb edən rejissora üstünlük veriləcək.


T.Heydərov bildirib ki, dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın ilin sonunadək hazırlanması nəzərdə tutulub.


Əlavə məlumat üçün qala-teatr@mail.ru elektron ünvanına, eləcə də (025)255-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət etmək olar.

          


BIST
1112-1,33
ALTIN
504,2621,27
EURO
9,73240,40
DOLAR
8,35081,11
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 3 şəxs qatıldı