UTVXƏBƏR.com: Azərbaycanda 5 rayonun prokuroru tutduqları vəzifədən azad ediliblər. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:
Xətai rayon prokuroru Yusif İldırımzadə,
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
Nəsimi rayon prokuroru Salman Məmmədli,
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
Yevlax rayon prokuroru Elxan Pənahov.
Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.
Qeyd edək ki, vəzifəsindən azad olunan Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır.