UTVXƏBƏR.com: Göyçayın Ləkçılpaq kəndində yaşayan Ruhin Osmanovun şəxs fermer təsərrüfatına naməlum şəxs qənim kəsilib. Nahardan qayıdan fermer istixanadakı pomidor şitillərinin kökündən çıxarılaraq, yararsız hala salındığını görüb.
Kənd sakini Ruhin Osmanov istixanada pomidor şitillərinin əzilərək, qəsdən tələf edildiyini deyir. Onun sözlərinə görə, burada 1000-ə yaxın pomidor şitili kökündən çıxarılıb, gövdələri kəsilib.
R.Osmanov analoji hadisənin bundan əvvəl də baş verdiyini qeyd edib. O bildirib ki, daha öncə fermerə məxsus xeyli sayda əşya və avadanlıqlar oğurlanıb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.