UTVXƏBƏR.com: Türkiyənin pop ulduzu Murad Bozun aparıcı Burcu Bakdurla sevgili olduğu bildirilir.Türkiyənin KİV-nin yaydığı məlumata əsasən, cütlük qısa müddət əvvəl tanış olub və instaqramda bir-birilərini izləməyə başlayıblar.
Muradla Burcu sosial şəbəkədə hər paylaşımlarına şərh yazır, səmimi şəkildə müzakirə aparırlar.
Qeyd edək ki, M. Bozun adı aktrisa Aslı Enverdən ayrıldıqdan sonra aparıcı Defne Samyelinin qızı Derenlə hallanmışdı.