QƏRƏZSİZ XƏBƏR PORTALI

Səhifə ünvanı : http://www.utvxeber.com/haber-detay/340_dtx-nin-h-bs-etdiyi-m-murun-restoraninin-sokuntusu

SOSIAL

Hamısı

DTX-nın həbs etdiyi məmurun restoranının söküntüsünə başlandı-FOTO.

(13 Ay, 17 Gün öncə) 320 İzlenme 1 Yorum
DTX-nın həbs etdiyi Zakir Sultanovun restoranının söküntüsünə başlandı.

UTVXƏBƏR.com:           Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus “Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.

 
UTVXƏBƏR.com: Virtualaz.org-a istinadən xəbər verir ki, bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, “Torqovı”dakı “Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.
 
Diqqəti çəkən məqamdır ki, Zakir Sultanov rəhbərlik etdiyi qurumun ərazisini genişləndirərəkkən təkcə yolun piyadalar üçün hissəsini ələ keçirməmişdi, üstəlik “İtalyan həyəti” kimi məşhur olan yaşayış binasına keçidi də əngəlləmişdi. Nəticədə evin sakinləri su və qaz sayğaclarına çıxışdan məhrum olmuşdular.
 
Bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib. Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi.






 
 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    4 Ay, 17 Gün öncə
BIST
1408-0,21
ALTIN
498,6920,35
EURO
10,38150,00
DOLAR
8,6905-0,12
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Azərbaycan Türkiyə münasibətləri sizi qane edirmi ?
Bu anketə toplam 6 şəxs qatıldı